20:49 29-01-2021
news_image
134
FUTBOL

“Hakim idarəçiliyindən narazı qaldım” – slovakiyalı baş məşqçisi

“Komandamız üçün çətin oyun oldu”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə qrup mərhələsinin ilk turunda Azərbaycan millisi ilə keçirilən oyun barədə danışarkən deyib.

O, yığmamıza 1:4 hesabı ilə məğlub olduqları görüş barədə bunları söyləyib: “Birinci hissədə hər şey qaydasında getdi. Lakin ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldım və nəticədə oyunun axarını dəyişə bilmədik. Daha doğrusu, bunun üçün real şanslarımız oldu, epizodlar yaratdıq, təəssüf ki, onları realizə edə bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin  hesabı artırmasına imkan yaratdı”.