00:23 30-01-2021
news_image
141
FUTBOL

Mbappeyə göz dikdi - Klopp

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe mövsümün sonunda İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Liverpul” gənc forvardı transfer siyahısına əlavə edib.

“Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp 22 yaşlı oyunçunun qərarına təsir etmək üçün onun yaxınlarına təzyiq göstərir. Almaniyalı çalışdırıcı futbolçunun özünü razı salmaqdan ötrü vaxtilə “Monako”da onunla çiyin-çiyinə çıxış etmiş yarımmüdafiəçi Fabinyonu təlimatlandırıb. Fransa millisinin üzvü uğrunda mübarizədə İspaniya “Real”ı favorit sayılır.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.