10:43 30-01-2021
news_image
116
FUTBOL

Bombardiri transfer etdi – A seriyası klubu

İtaliyanın “Parma” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Dennis Manı transfer edib.

22 yaşlı rumıniyalı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb. “Styaua”dan transfer olunan futbolçunun keçidi 12 milyon avroya başa gəlib. Bu rəqəm bonuslar hesabına daha 3 milyon arta da bilər.

Qeyd edək ki, cari mövsümdə 18 oyunda 14 top vuran Man Rumıniya çempionatının bombardiridir.