11:34 30-01-2021
news_image
121
FUTBOL

Vətəninə qayıtdı - Halk

Braziliya millisinin sabiq futbolçusu Halkın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Porto” və “Zenit” klublarındakı çıxışı ilə tanınan hücumçu karyerasını vətənində davam etdirəcək.

34 yaşlı forvard “Atletiko Mineyro”ya keçib. O, yeni klubu ilə 2022-ci ilin sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Halkın son klubu “Şanxay SİPQ” olub. O, Çin təmsilçisində 2016-20-ci illərdə çıxış edib.