
01:14
“Zirə”nin Filipe Pahtmanla müqaviləsinin müddəti məlum olub.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
21 yaşlı Braziliyalı futbolçu ilə 6 ay + 3 illik müqavilə imzalanıb. Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, braziliyalı futbolçu peşəkar karyerasına "Lvov" klubunda başlayıb.