12:14 30-01-2021
news_image
335
FUTBOL

Qurban Qurbanova 18 xal çatmadı – “250-lik”dən kənar qaldı

Dünyanın ən yaxşı 250 məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssislərin elo reytinqinə əsasən Pep Qvardiola planetin ən yaxşısıdır.

İspaniyalının aktivində 2173 xal var. Argentinalı Dieqo Simeone siyahıda 2-cidir – 2070 xal. İlk “üçlüy”ü cəmi 2 xal geri qalan portuqaliyalı Joze Mourinyo qapayır.

Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanovdur. Onun hesabında 1551 xal var. 

49 yaşlı mütəxəssis “250-lik”dən kənar qalıb. “Qarabağ”ın baş məşqçisinə cədvələ düşmək üçün 18 xal çatmayıb. 250-ci yerin sahibi 1569 xal toplayıb.

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin cədvəldə 37-cidir. Rusiyalının 1837 xalı var.

Qeyd edək ki, qardaş Türkiyənin ən yaxşı təmsilçisi Fatih Terimdir. O, 1793 xalla dünyada 53-cüdür.