12:22 30-01-2021
news_image
164
FUTBOL

Fransa klubuna keçir – “Barselona”nın müdafiəçisi

İspaniyanın “Barselona” klubunun futbolçusu Jan-Kler Todibo karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Nitsa”ya keçməyə yaxındır.

Ötən ilin oktyabrında Portuqaliya “Benfika”sına icarəyə verilən futbolçu Lissabon təmsilçisində cəmi 2 matça çıxıb. Todibonun “Nitsa”ya transferi qısa müddətdə rəsmiləşməlidir. Onun sabah “Sent-Etyenn”lə görüşdə debütü də istisna edilmir.

Qeyd edək ki, Todibo 2019-cu ildə “Tuluza”dan 1 milyon avroya transfer olunub. Fransalı ilə müqavilə 2023-cü ilin yayında başa çatacaq.