14:13 30-01-2021
news_image
113
FUTBOL

18 yaşlı futbolçular üçün 10 milyon – “Mançester Siti”dən

İngiltərənin “Mançester Siti” Braziliyadan iki futbolçu alacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Metinyo və Kaykadır.

Hər iki gənc oyunçu “Fluminense”nin şərəfini qoruyur. Mançesterlilər onlara görə 10 milyon avro ödəməyə hazırdır.

Yarımmüdafiəçilər bu il 18 yaşını qeyd edəcək. “Mançester Siti” böyük perspektiv vəd edən oyunçuların yaxın gələcəkdə ulduz olacağı ehtimalından onların transferində maraqlıdır.