14:38 30-01-2021
news_image
105
FUTBOL

Markinyosu Londona aparır - Tuxel

Fransanın PSJ klubunun futbolçusu Markinyos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Çelsi”nin maraq dairəsinə düşüb.

London təmsilçisinin baş məşqçisi Tomas Tuxel braziliyalını komandasında görmək istəyir. PSJ-də çalışdığı müddətdə cənubi amerikalıya yaxşı bələd olan almaniyalı mütəxəssis onun “Çelsi”ni gücləndirəcəyini düşünür. Markinyos digər sabiq komanda yoldaşı Tyaqo Silva müdafiənin mərkəzində cütlük təşkil etməlidir.

Qeyd edək ki, PSJ Markinyosu buraxmaqda maraqlı deyil. “Çelsi” parisliləri razı salmaq üçün xərcə düşməli olacaq.