23:12 30-01-2021
news_image
126
FUTBOL

Premyer Liqada ilk – braziliyalı “250”yə çatdı

İngiltərənin “Arsenal” klubunun futbolçusu Villian Premyer Liqanın tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi turnirdə 250 oyun keçirən ilk braziliyalı olub.

XXI turun “Mançester Yunayted”lə görüşündə sonradan meydana daxil olan Villiana qədər heç bir həmyerlisi Premyer Liqada bunu bacarmayıb. 32 yaşlı cənubi amerikalı Premyer Liqada iki klubda çıxış edib. O, öncə “Çelsi”, sonra “Arsenal”ın formasını geyinib.