00:00 31-01-2021
news_image
159
FUTBOL

“Yuventus”un iki futbolçu keçir - “Torino”ya

İtaliyanın “Yuventus” klubunun iki futbolçusu “Torino”ya keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Rolando Mandraqora Turinin adlı-sanlı təmsilçisini şəhərin digər klubuna dəyişə bilər.

Hər iki oyunçu hazırda “Udineze”də icarədədir. “Ağ-qaralar” futbolçuların “Torino”ya keçidinə ilkin razılıq verib.

Ruqani “Parma”nın da maraq dairəsindədir. Lakin onun “Torino”ya keçidi daha realdır.