14:31 31-01-2021
news_image
155
FUTBOL

Messinin müqaviləsinin detalları - 555 milyon...

İspaniyanın “Barselona” klubunun kapitan Lionel Messi ilə 2017-ci ildə imzaladığı yeni 4 illik müqavilənin detalları mətbuatda yayılıb.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz həmin vaxt bağladığı sözləşmədən nə az, nə çox, düz 555 milyon avroluq qazanc əldə edib.

Futbolçu hər il 138 milyon avro stabil gəlir götürüb. Üstəlik, məbləğə bonuslar da əlavə olunub. Leo 115 milyon avro yeni müqavilə imzaladığı, 78 milyon avro isə klubuna sadiq qaldığı üçün alıb.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Messi Kataloniya klubunun heyətində 754 oyunda 649 qol vurub, 284 məhsuldar ötürmə verib.