13:25 31-01-2021
news_image
397
FUTBOL

Danimarkalılar ümidini itirmir – Bəhlul üçün

Danimarkanın “Veyle” klubu “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadədən hələ də əlini üzməyib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ölkədə “transfer pəncərəsi” fevralın 1-i axşam saatlarına qədər olduğundan, rəhbərlik 23 yaşlı futbolçunun keçidi üçün Azərbaycan klubuna təklif göndərib.

Bildirilib ki, “Veyle” Bəhlulu birdəfəlik transfer etmək şərti ilə yaya qədər icarəyə götürmək niyyətindədir və bununla bağlı konkret təklifini edib. O da vurğulanıb ki, “Sabah” yaxşı büdcəyə malik klubdur və gənc oyunçusu üçün yüksək məvacib tələb edə bilər. 

Maraqlıdır ki, “Sabah” rəhbərliyi və futbolçunun meneceri bir müddət əvvəl “Veyle”nin təklifinin qəbul edilmədiyini açıqlamasına baxmayaraq, danimarkalılar son günə qədər ümidini itirmir.

Qeyd edək ki, Bəhlul Mustafazadənin “Sabah”la müqavilə müddəti 2022-ci ilin yayına qədərədir.