12:24 08-08-2008
news_image
372
STOLÜSTÜ OYUNLAR

Eltac Səfərli dünya çempionatında yenə xal itirdi

Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, oğlanların birinciliyində dörd oyundan sonra liderliyi ələ keçirən Eltac Səfərli uğursuzluq zolağından çıxa bilmir. V turda uduzan həmyerlimiz rusiyalı İvan Popovla oyunda da heç-heçə ilə kifayətlənib. Hesabında 4,5 xal olan və liderlərdən 1 xal geri qalan E.Səfərli bu gün Abicet Qupta (Hindistan) ilə qarşılaşacaq. Digər təmsilçilərimizdən Rauf Məmmədovla Bəhruz Rzayev 3,5, Vasif Durarbəyli ilə Orxan Abdulov 3 xal toplayıb. Qızların yarışında milli komandamızın üzvü Türkan Məmmədyarova (4 xal) ən yaxşı göstəriciyə malik şahmatçımızdır. Xəyalə İsgəndərova ilə Nərmin Kazımova hərəyə 3,5 xal toplayıblar. Avqustun 15-də başa çatacaq dünya çempionatının mükafatçıları 13 turun yekununa əsasən müəyyənləşəcək.