12:58 31-01-2021
news_image
145
FUTBOL

“Top-5”də 150-ci qol – Lukakudan

“İnter”in hücumçusu Romelu Lukaku İtaliya A seriyasının XX turunda “Benevento” üzərində 4:0 hesablı qələbəyə dublla töhfə verib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı forvard “Top-5” liqalarda ümumi qol sayını 150-yə çatdırıb.

Belçika millisinin üzvü buna 307 matçda nail olub. “İnter”in heyətində 37-ci dəfə fərqlənən Lukaku “Everton”da 68, “Mançester Yunayted”də 28, “Vest Bromviç”də 17 qol vurub. O, yalnız “Çelsi”də qol hesabını aça bilməyib.

Qeyd edək ki, Lukaku “böyük beşlik” ölkələrindən başqa Belçikada “Anderlext”in də formasını geyinib.