14:04 31-01-2021
news_image
116
FUTBOL

Yeni müştəri – Serxio Ramosa

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun indi də İngiltərəyə köçmək variantı üzə çıxıb.

Çünki Fransa çempionu PSJ-yə Premyer Liqa təmsilçisi “Mançester Yunayted” rəqib çıxıb. “Qırmızı şeytanlar” 34 yaşlı oyunçunun keçidi ilə həm müdafiə xəttindəki boşluğu doldurmaq, həm də yeni lider qazanmaq istəyir. İspaniya millisinin üzvü hələlik gələcək taleyi ilə bağlı yekun qərarını verməyib.

Qeyd edək ki, “Real”la müqavilə müddəti mövsümün sonuna qədər olan Serxio Ramos yeni sazişə razılıq vermir.