16:08 31-01-2021
news_image
112
FUTBOL

Uzunmüddətli müqavilə istəyir - Dembele

İspaniyanın “Barselona” klubunun vingeri Usman Dembele komandanı tərk etmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu yeni müqavilə imzalamağa razıdır.

Fransa millisinin üzvü kataloniyalılarla uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir. Ancaq onun aqibəti martın 7-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq.

Qeyd edək ki, müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Usman Dembele ilə bir neçə klub maraqlanır.