14:44 31-01-2021
news_image
147
FUTBOL

“Bavariya”dan qovuldu – tatu döydürdüyü üçün

Almaniyanın “Bavariya” klubu futbolçusu Korentin Tolissonu əsas komandadan uzaqlaşdırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb Fransa millisinin üzvünün koronavirusla bağlı qoyulan qaydalara əməl etməməsi olub.

26 yaşlı yarımmüdafiəçi klubdan icazəsiz bədəninə tatu döydürüb. Bu isə koronavirus protokoluna zidd hərəkətdir. Buna görə də, ulduz futbolçu əsas komandadan qovulub. Tolisso həmçinin rəhbərlik tərəfindən pul cəriməsinə də məruz qalıb.

Qeyd edək ki, Korentin Tolisso 2017-ci ildən “Bavariya”da çıxış edir.