17:18 31-01-2021
news_image
113
FUTBOL

Messi-Ronaldo müqayisəsinə qoşuldu - “Liverpul”un əfsanəvi futbolçusu

“Liverpul”un əfsanəvi müdafiəçisi Ceymi Karrager də Lionel Messi - Kriştianu Ronaldo müqayisəsinə qoşulub.

Apasport.az saytının məlumatına görə, ingiltərəli sabiq futbolçu “Barselona”nın kapitanını “Yuventus”un qolçusundan üstün sayıb.

Ancaq o, Ronaldonun çalışqanlığı ilə daha çox hörmətə layiq olduğunu düşünür: “Messi, yoxsa Ronaldo? Messi digər oyunçuların edə bilmədiyini edir. Düşünürəm ki, bu məsələdə çoxluğun tərəfindəyəm. Bəlkə də, Ronaldoya daha çox hörmətim var. Buna səbəb onun inanılmaz dərəcədə istedadlı olması ilə yanaşı, düşüncə tərzi, diqqət mərkəzində olması və iş tempidir. Ona başqa səviyyəyə qalxmasına imkan verən məhz budur”.

Qeyd edək ki, karyerası ərzində yalnız “Liverpul”un formasını geyinən Ceymi Karrager 1996-2013-cü illərdə “qırmızılar”ın heyətində çıxış edib.