01:17 01-02-2021
news_image
116
FUTBOL

Qərarını verdi - Neymar

Fransanın PSJ klubunun hücumçusu Neymar komandasını dəyişmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, bunu Braziliya millisinin forvardı öz bildirib.

Bir müddət əvvəl İspaniya təmsilçisi “Barselona”ya qayıtmaq istəyində olan Neymar artıq parislilərlə uğur qazanmaq niyyətindədir: “Burada xoşbəxtəm. Çox şey dəyişdi, səbəbini dəqiq izah edə bilmirəm. Ancaq bu gün özümü yaxşı hiss edirəm. Daha sakit olmuşam. PSJ-də qalmaq istəyirəm. Kilianın da qalmasını arzulayıram. Hamımız PSJ-nin güclü komanda olmasına çalışırıq. Futbol oynamağa davam etmək və xoşbəxt olmaq istəyirəm”.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Neymar yeni sözləşməyə razıdır.