01:38 01-02-2021
news_image
108
FUTBOL

İstanbula gəldi - “Beşiktaş” üçün

Türkiyə millisinin hücumçusu Cenk Tosunun “Beşiktaş”a dönüşü rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” onu İngiltərə klubu “Everton”dan icarəyə götürüb.

Razılığa əsasən, 30 yaşlı forvard mövsümün sonuna qədər İstanbul təmsilçisinin formasını geyinəcək. Cenk artıq İstanbula yollanaraq, “Beşiktaş”ın formasını geyinib.

Qeyd edək ki, Cenk Tosunun “Everton”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. O, 2014-2018-ci illərdə “Beşiktaş”da çıxış edib.