09:00 01-02-2021
news_image
1100
FUTBOL

“Gedirəm, amma bu forma həmişə mənə “Qarabağ”la birgə olduğumu hiss etdirəcək” – Gerye

“Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”dan yenicə ayrılan Vild-Donald Geryeyə məxsusdur.

Ağdam klubu ilə müqaviləsinə xitam verilən Haiti millisinin üzvü instaqram səhifəsində paylaşım edərək, “Qarabağ”la vidalaşıb: “İnanıram ki, həyatımda yeni bir mərhələ açmağın vaxtı gəldi. Bu səbəbdən də klubdan başqa komandaya keçməyimə icazə verməsini xahiş etdim. Hamıya, xüsusən də, azarkeşlərə müraciət edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Buradakı illərim unikal alındı. “Qarabağ” yüksək hədəfləri olan klubdur. Mənim üçün həyəcanverici, qürurlu, eyni zamanda çətin dövr oldu. Amma burada heç vaxt unuda bilməyəcəyim qədər futboldan zövq aldım. Azarkeşlərimizə bir daha sonsuz təşəkkürümü bildirir, AFFA-ya da minnətdarlıq edirəm. “Qarabağ”da oynadığım zaman ərzində böyük futbolçularla birgə meydana çıxdım. Hamısını tanımağıma şadam, onlara daim hörmətim olacaq”.

Kipr klubu “Apollon”la anlaşan 32 yaşlı sol cinah müdafiəçisi “Qarabağ”a təşəkkürünü bildirib: “Artıq karyeramda yeniliyin vaxtı çatdığını fikirləşirəm. Gedirəm, amma bu forma həmişə mənə bu komanda ilə birgə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, direktora, komanda yoldaşlarıma, bütün texniki heyətə, inanılmaz işçilərə təşəkkür edirəm”.