09:33 01-02-2021
news_image
484
FUTBOL

Millimizdən 6 xal – Ukraynaya yaxınlaşdı

Futzal üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmaların ötən həftə keçirdiyi oyunlar cədvələ cüzi dəyişikliklərə səbəb olub.

Avropa çempionatının seçmə mərhələsində Slovakiyanı 4:1 hesabı ilə məğlub edən Azərbaycan yığması xal aktivini artırıb. Millimiz 6 xal qazanaraq əmsalını 1413-ə çatdırıb.
    
Komandamızın mövqeyi dəyişməyib. Yığmamız planetin 13-cü komandasıdır.

Joze Alesionun yetirmələri 12-ci olan Ukraynadan 29 xal geri qalır. Azərbaycan yığması UEFA-ya üzv ölkələr arasında 8-cidir. 

Həm dünyanın, həm Avropanın ən yaxşısı isə İspaniyadır. Pireneylilər ilk “üçlük”də yer alan Braziliya və Argentinanı qabaqlayır.

Dünyanın 15 ən güclü yığması
1. İspaniya - 1808
2. Braziliya - 1803
3. Argentina - 1694
4. Rusiya - 1642
5. Portuqaliya - 1620
6. İran – 1609
7. Qazaxıstan – 1561
8. İtaliya - 1502
9. Paraqvay - 1479
10. Xorvatiya – 1460
11. Kolumbiya – 1444
12. Ukrayna – 1442
13. Azərbaycan - 1413
14. Serbiya – 1399
15. Çexiya - 1387