11:19 01-02-2021
news_image
417
FUTBOL

Millimizin heyətində dəyişiklik – Afinaya yeni oyunçu aparıldı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində səfərdə Yunanıstanla qarşılaşacaq Azərbaycan millisi dünən Bakı İdman Sarayında son məşqini keçib.

Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, komanda bu gün saat 10:00-da çarter reysi ilə Bakıdan Afinaya yola düşüb.

Baş məşqçi Joze Alesio da Silvanın rəhbərliyi altında millimiz oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında reallaşdıracaq. Yığmanın heyətində dəyişiklik də edilib. Amir Şojaei və Hadi Ahmadinin əvəzinə səfərə Oqtay Rüstəmli aparılıb.

Qeyd edək ki, fevralın 2-də Afinadakı Daiis İdman Sarayında keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.