11:43 01-02-2021
news_image
296
FUTBOL

Hakimləri açıqlandı - “Neftçi” – “Zirə” matçının

Azərbaycan kubokunda növbəti təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə. 1/4 finalın ilk oyunları çərçivəsindəki ikinci oyun gününün hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Bu qarşılaşmaları Rəhim Həsənov və Rəşad Əhmədov idarə edəcək.

Azərbaycan kuboku
1/4 final 
İlk oyunlar 
2 fevral (çərşənbə axşamı)

 
16:00. “Keşlə” – “Kəpəz”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”
 
18:00. “Neftçi” – “Zirə”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bakcell Arena”