Futzal üzrə Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində ikinci matçına çıxacaq.
Turnirə Slovakiya üzərində 4:1 hesablı ev qələbəsi ilə başlayan Joze Alesionun yetirmələri ilk səfərə yollanacaq. Komandamız Yunanıstanın qonağı olacaq.
3-cü qrupda liderliyi ələ keçirən millimiz turnirə məğlubiyyətlə başlayan Ellada təmsilçisi ilə görüşdə də favoritdir. Moldovada 1:3 hesabı ilə uduzan yunanıstanlıların xal qazanması da sensasiya sayılacaq.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər görüşündə Slovakiya Moldovanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
II tur
2 fevral
20:00. Yunanıstan – Azərbaycan
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (hər ikisi Niderland), Vasilios Kristodoulis (Yunanıstan)
Afina. “Daiss Sports Hall”
1 |
Azərbaycan |
1 |
1 |
0 |
0 |
4-1 |
3 |
2 |
Moldova |
1 |
1 |
0 |
0 |
3-1 |
3 |
3 |
Yunanıstan |
1 |
0 |
0 |
1 |
1-3 |
0 |
4 |
Slovakiya |
1 |
0 |
0 |
1 |
1-4 |
0 |