13:46 01-02-2021
news_image
540
FUTBOL

“Liverpul” müdafiəçi alır – yarım milyona

İngiltərənin “Liverpul” klubu yeni futbolçu alır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Preston”un müdafiəçisi Ben Devisi heyətinə qatacaq.

Aşağı liqa təmsilçisi futbolçusunun satışından 500 min funt sterlinq qazanacaq. “Liverpul” daha 1,1 milyon vəsaiti bonus şəklində ödəyə bilər. 24 yaşlı ingiltərəli gələcəkdən başqa kluba keçərsə, satışın 20 faizi “Preston”a çatacaq.

Qeyd edək ki, Devis bugünkü tibbi müayinədən sonra müqavilə imzalayacaq.