13:57 01-02-2021
news_image
378
FUTBOL

XXI əsrin ilk “5-liy”ində – Luis Suares

İspaniya La Liqasının XXI turunda “Kadiz”lə qarşılaşan “Atletiko”nun 4:2 hesablı qələbəsinə hücumçu Luis Suares dublla töhfə verib.

Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin üzvü bununla La Liqanın XXI əsrdə ən məhsuldar 5-ci oyunçusu olan Arits Aduritsə çatıb.

34 yaşlı forvard İspaniya çempionatında sabiq “Atletik”li ilə eyni sayda – 158 qola imza atıb. Suaresi hazırda Kərim Benzema (179 qol), David Vilya (184), Kriştianu Ronaldo (311) və Lionel Messi (453) qabaqlayır. Bu oyunçulardan Benzema və Messi hazırda İspaniyada karyerasını davam etdirir.

Qeyd edək ki, cari mövsüm La Liqada 14 qola imza atan Luis Suares bombardirlər yarışına başçılıq edir.