14:59 01-02-2021
news_image
387
FUTBOL

Türkiyə millisinin müdafiəçisini alır – “Liverpul”

Almaniyanın “Şalke” klubunun müdafiəçisi Ozan Kabak karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü “Liverpul”un maraq dairəsinə düşüb.

“Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp müdafiə xəttində yaranan problemlərin həlli üçün rəhbərlikdən 21 yaşlı oyunçunun keçidini tələb edib. Klublar arasında danışıqlara artıq start verilib. “Liverpul” “transfer pəncərəsi”nin son günündə bu keçidi reallaşdırmağa çalışır. Transfer baş tutarsa, Ozan mövsümün sonuna qədər icarə əsasında “Liverpul”da çıxış edəcək. Ancaq ingilislər yayda onu birdəfəlik transfer etmək məcburiyyətindədir.

“Şalke” qarşı tərəfin təklifini qəbul etsə, icarə qarşılığında 2,5 milyon, mövsümün sonunda isə transfer müqabilində 25 milyon funt-sterlinq qazanacaq.