16:17 01-02-2021
news_image
95
FUTBOL

“Bütün liqa bizim devrilməyimizi gözləyir” – Müller

“Ötən mövsümün yüngüllüyü sönmək istəyir. Noyabr və dekabrda heç də ən yaxşı olmayan oyunlarımız çox idi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Bavariya”nın futbolçusu Tomas Müller deyib.

Yarımmüdafiəçi Almaniya Bundesliqasında hamının onlara qarşı kökləndiyini açıqlayıb. Ötən il qatıldığı bütün turnirlərin qalibi olan Münhen təmsilçisi bu üzdən daha böyük təzyiqlə üz-üzədir: “Bu matçlarda buraxılan qol sayı da çox oldu. Mən həqiqətən də başa düşürəm ki, azarkeşlər və bütün liqa “Bavariya”nın devrilməsini gözləyir. Gəlin çempionların başqa yerdə deyil, “Bavariya”da oynadığını şişirtməyək. Bu, düzgün yanaşma deyil. Biz daim nəzarətdəyik. Bizi lupa ilə izləyirlər”.

Qeyd edək ki, “Bavariya” 2020-ci ildə Çempionlar Liqası, Bundesliqa, Almaniya kuboku, UEFA Superkuboku və Almaniya Superkubokunu qazanıb.