16:42 01-02-2021
news_image
172
FUTBOL

Ozan Kabakın boşluğunu doldurdu – “Şalke”

Almaniyanın “Şalke” klubu müdafiəçisi Ozan Kabakın İngiltərə təmsilçisi “Liverpul”a keçidinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi müdafiənin mərkəzində yaranan boşluğu vaxt itirmədən doldurub.

Son klubu “Arsenal” olan Şkodran Mustafi əks istiqamətə yollanıb. İngiltərədən ölkəsinə qayıdan Almaniya millisinin üzvü mövsümün ikinci yarısından etibarən “Şalke”nin formasını geyinəcək.

Qeyd edək ki, Ozan Kabakı 2,5 milyon funt-sterlinqə icarəyə götürən “Liverpul” onu mövsümün sonunda 25 milyona transfer edəcək.