17:15 01-02-2021
news_image
152
FUTBOL

“Yuventus” Dəmiralı satmadı – 60 milyona

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Merih Dəmiralı satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, “transfer pəncərəsi”nin son günündə İngiltərə klubları 23 yaşlı oyunçunun keçidi üçün “qoca sinyora”nın qapısını döyüb.

Xüsusən də, “Liverpul” Türkiyə millisinin digər üzvü Ozan Kabakın transferini həll etməzdən əvvəl Merihi almağa cəhd göstərib. “Qırmızılar”la yanaşı, “Mançester Siti” də onun xidmətində maraqlı olub. Lakin bu klubların 60 milyon avroluq təklifinə turinlilər “yox” cavabını veriblər.

Qeyd edək ki, Merih Dəmiral 2019-cu ildən “Yuventus”da çıxış edir.