17:50 01-02-2021
news_image
125
FUTBOL

A seriyasına getdi – Ukraynadan

Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisi Viktor Kovalenko karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Donetsk klubunun orta sahə oyunçusu “Atalanta” ilə anlaşıb.

Klublar arasında razılığa əsasən 25 yaşlı oyunçu mövsümün sonuna qədər icarə əsasında A seriyası təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Viktor Kovalenko cari mövsüm “Şaxtyor”un heyətində 11 oyunda 4 qol vurub.