19:51 02-02-2021
news_image
932
FUTBOL

"Kəpəz" yarımfinal şansını qorudu - "Neftçi" öz meydanında uduzdu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, günün hər iki matçı Bakıda keçirilib.

Yarışa bu mərhələdən qatılan “Keşlə” və “Neftçi” ev qarşılaşmasına çıxıb. Qəsəbə təmsilçisi I divizion klubu “Kəpəz”i sınağa çəkib. 1/8 finalda “Sabah”ı mübarizədən kənarlaşdıraraq sensasiyaya imza atan gəncəlilər Premyer Liqanın digər təmsilçisinə də müqavimət göstərib. “Keşlə” yalnız Sezar Meza Kollinin penaltidən vurduğu yeganə qolla qalib gəlib. Ancaq bu nəticə “Kəpəz”i cavab görüşü üçün ümidləndirir.

“Neftçi” isə çətin paytaxt derbisində “Zirə” ilə üz-üzə gəlib. Bu, Samir Abasovun sabiq komandasına qarşı ilk dueli olub. “ASK Arena”da olduğu kimi, “Bakcell Arena”da da 1 qol həlledici olub. İlkin Muradov yeganə topu “Zirə”yə səfər qələbəsi qazandırıb.

Bu iki cütlükdə cavab görüşləri fevralın 7-də keçiriləcək.

Qeyd edək ki, ilk oyun günündə “Səbail” “Sumqayıt”ı 1:0, “Qarabağ” “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan Kuboku
1/4 final mərhələsi
İlk oyunlar
2 fevral (çərşənbə axşamı)

16:00. “Keşlə” – “Kəpəz” - 1:0
Qol: 
Sezar Meza Kolli, 42 (pen.)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 14. Turan Vəlizadə
Baş məşqçi: Sənan Qurbanov
“Kəpəz”: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 7. Ruslan Süleymanov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 17. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 97. Emil Qasımov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 27. Hikmət Verdiyev, 5. Nika Baçaliaşvili, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev 
Baş məşqçi: Yaşar Vahabzadə
“ASK Arena”

18:00. “Neftçi” – “Zirə” - 0:1
Qol: 
İlkin Muradov, 26
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Neftçi”: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 26. Ömər Buludov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Bakcell Arena”