21:53 01-02-2021
news_image
122
FUTBOL

İcarəyə vermədi - “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Donni van de Bek komandanı tərk etməyəcək.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi niderlandlı yarımmüdafiəçini icarəyə verməkdən imtina edib.

Mançesterlilər oyunçunu buraxmaq niyyətində deyil. Baş məşqçi Ole-Qunnar Sulşer Donniyə etimad göstərdiyindən onun komandadan ayrılmasını istəmir.

Qeyd edək ki, van de Bek cari mövsüm Premyer Liqada 11 oyunda 1 qol vurub.