14:19 08-08-2008
news_image
455
DİGƏR NÖVLƏR

Əli İsmayılov püşkdən razıdır

Bakı. Kənan Həsənov - APA-Sport. “Püşkün nəticəsini qənaətbəxş hesab etmək olar. Samir Məmmədovun mərakeşli rəqibini çətinlik çəkmədən məğlub edəcəyinə inanıram. Şahin İmranov isə Qalib Cəfərovla döyüşdə çox diqqətli olmalıdır. Fikrimcə, bu, bərabər səviyyəli iki boksçunun döyüşü olacaq. Onlar bir-birini yaxşı tanıyırlar. Şahin olimpiadaya əla hazırlaşıb. Onun ilk döyüşü qazanacağına inanıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Əli İsmayılov söyləyib. Yığmanın sabiq kapitanı boksçuların Pekin Yay Olimpiya Oyunlarında medal qazanmaq şanslarının yüksək olduğunu qeyd edib: “Əlbəttə, püşkdən çox şey asılıdır. Amma boksçu ilk növbədə öz gücünə arxalanmalıdır. Samirlə Şahin vətənə medalla dönmək iqtidarındadırlar. Mən onların hər ikisinə inanıram”.