00:48 02-02-2021
news_image
132
FUTBOL

4,5 milyonluq transfer – Premyer Liqa klubundan

İngiltərənin “Mançester Yunayted” klubunun maraqlandığı Moyzes Kaysedo Premyer Liqanın digər klubuna keçib.

Apasport.az saytının məlumatına görə, Ekvador millisinin yarımmüdafiəçisi “Brayton”la müqavilə imzalayıb.

“İndependente del Valye”nin futbolçusunun keçidi Premyer Liqa təmsilçisinə 4,5 milyon funt sterlinqə başa gəlib. Onunla 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.