09:36 02-02-2021
news_image
304
FUTBOL

İkisi getdi – “Arsenal”dan

İngiltərənin “Arsenal” klubu iki futbolçusunu icarəyə verib.

Apasport.az saytının məlumatına görə, bunlar müdafiəçi Eynsli Meytland-Nayls və yarımmüdafiəçi Cozef Uillokdur.

Eynsli “Vest Bromviç”ə keçib. 23 yaşlı ingiltərəli mövsümün sonunadək icarə əsasında bu komandada oynayacaq. O, cari mövsüm bütün turnirlərdə ümumilikdə 21 matça çıxıb.

Cozef isə “Nyukasl”ın uğurları üçün çalışacaq. 21 yaşlı ingiltərəli mövsümün sonunadək icarəyə verilib. Yarımmüdafiəçi cari mövsüm 17 dəfə şans qazanıb və 3 qol vurub.