09:38 02-02-2021
news_image
357
FUTBOL

Minaminonu göndərdi – “Liverpul”

İngiltərənin “Liverpul” klubunun futbolçusu Takumi Minamino karyerasını Premyer Liqanın digər komandasında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, yaponiyalı yarımmüdafiəçi “Sauthempton”a icarəyə verilib.

26 yaşlı asiyalı mövsümün sonunadək yeni komandasının uğurları üçün çalışacaq. O, cari mövsüm Premyer Liqanın 9 oyununda 1 qol vurub.

Minaminonu heyətinə qatan “Sauthempton” hücumçusu Şeyn Lonqu icarəyə göndərib. 34 yaşlı irlandiyalı forvard mövsümün sonunadək “Bornmut”da çıxış edəcək. O, cari mövsüm 14 matçda meydana çıxıb.