10:01 02-02-2021
news_image
614
FUTBOL

II liqanı “Sumqayıt”dan üstün tutdu – millimizin sabiq futbolçusu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Sərhat Daşdəmir komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın maraq dairəsində olan 21 yaşlı hücumameyilli oyunçu İngiltərədə qalmağı üstün tutub.

I liqada çıxış edən “Piterboro”nun şərəfini qoruyan Taşdəmir II liqa təmsilçisi “Oldem Atletik”ə keçib. O, mövsümün qalan hissəsini Avstraliyanın əfsanəvi futbolçusu Harri Kyuellin çalışdırdığı komandada icarə əsasında keçirəcək.

Qeyd edək ki, “Piterboro” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Sərhat Daşdəmiri qış fasiləsində “Sumqayıt” da icarəyə götürmək niyyətində idi.