10:25 02-02-2021
news_image
296
FUTBOL

“Fiorentina”ya keçdi – 37 yaşlı qapıçı

İtaliyanın “Fiorentina” klubu yeni futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisi qapıçı Antoni Rozati ilə müqavilə imzalayıb.

“Torino”dan transfer olunan qolkiperlə anlaşma mövsümün sonuna qədərdir. Rozati 2013/14 mövsümündə də “Fiorentina”da çıxış edib.

Qeyd edək ki, qolkiper karyerası ərzində “Peruca”, “Napoli”, “Leççe”də oynayıb.