11:37 02-02-2021
news_image
382
FUTBOL

Aşağı liqa klubuna keçdi – “Real”ın yetirməsi

İspaniyalı hücumçu Xese Rodriges vətəninə qayıdıb.

Apasport.az saytının məlumatına görə, “Real”ın yetirməsi Sequndada çıxış edəcək.

Ötən ilin dekabrında Fransa klubu PSJ-dən ayrılan 28 yaşlı forvard azad agent kimi aşağı liqa təmsilçisi “Las-Palmas”a keçib. Xese yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Xese Rodriges 2017-ci ildə “Las-Palmas”da icarə əsasında çıxış edib.