11:42 02-02-2021
news_image
949
FUTBOL

Komandalar birləşib, çempionatda oynaya bilər – AFFA-nın yeni planı

AFFA kurasiyasındakı klublardan birini millinin bazası əsasında yenidən formalaşdırmaq istəyir.

Apasport.az saytının məlumatına görə, bununla əlaqədar federasiyada müzakirələr başlayıb.

İlkin plan belədir ki, U-17, U-19 və U-21 yığmalarının aparıcı futbolçuları bir komandaya cəlb olunsun, onların rəhbərliyinə isə Milan Obradoviç gətirilsin. U-21-in çalışdırıcısı bu ideyanı dəstəkləyib.

Serbiyalı mütəxəssis klub şəklində təşkilatlanmanın və Premyer Liqada çıxış etməyin beynəlxalq turnirlərdə uğurlu nəticələr qazanmağa müsbət təsirini önə çəkib.

Balkanlı məşqçi bu yenilik U-17 və U-19 yığmalarının oyunçularının daha tez yetişməsinə səbəb olacaq.

AFFA artıq ona bağlı Premyer Liqa təmsilçilərinin rəhbərlərini yeni planı barədə xəbərdar edib.

Bu, ikinci “Şəfa”nın həyata qayıtması deməkdir. Federasiyanın o vaxtkı prezidenti Fuad Musayev ilk dəfə 23 il əvvəl millinin əsasında klub yaradıb.

Güclülər dəstəsində öncə müsabiqədənkənar qüvvəsini sınayan komanda tez-tez adını dəyişib, sonda “Şəfa” kimi təşəkkül tapıb, 2005-ci ildə isə fəaliyyətini dayandırıb (sportinfo.az).