13:34 02-02-2021
news_image
396
FUTBOL

Messinin mümkün transferindən danışdı – Poçettino

Fransanın PSJ klubunun baş məşqçisi Mauritsio Poçettino İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messinin mümkün transferini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis həmyerlisini sərəncamında görmək arzusunda olduğunu gizlətməyib.

Poçettino 34 yaşlı superulduzla bağlı vəziyyətin necə nəticələnəcəyini gözlədiyini söyləyib: “PSJ-nin inkişaf strategiyası var. Messini çalışdırmaq imkanı qazansam, əla olar. Ancaq olmasa, problem deyil. Leo və mən “Nyuells Old Boyz”da sevgi paylaşırıq. İkimiz də bu köynəyi geyinmişik, ortaq əlaqəmiz var. Gələcəyin necə nəticələnəcəyini, yollarımızın kəsişib-kəsişməyəcəyini indi heç kim bilmir”.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Lionel Messi ilə İngiltərə “Mançester Siti”si də maraqlanır.