13:44 02-02-2021
news_image
301
FUTBOL

“Hamı onun istedadından danışırdı” – Klopp Ozan haqda

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp Almaniya “Şalke”sindən icarəyə götürülən Ozan Kabakın keçidinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Türkiyə millisinin üzvünün komandanı gücləndirəcəyini düşünür.

O, gənc müdafiəçi barədə müsbət fikirlər səsləndirib: “Ozan Almaniyaya çox gənc yaşda yollanmışdı və hamı onun istedadından danışırdı. Hazırda 20 yaşı var, bu transferin tam zamanında edildiyini düşünürəm. Çünki stabil komandaya ehtiyacımız var və Ozan da bunun tərkib hissəsi olacaq. Türkiyəli futbolçu ilə birlikdə çalışmaq üçün səbirsizlənirik”.

Qeyd edək ki, Ozan Kabakı mövsümün sonuna qədər icarəyə götürən “Liverpul” yayda onu 25 milyon funt-sterlinq müqabilində birdəfəlik transfer edəcək.