13:52 02-02-2021
news_image
2004
FUTBOL

“Qarabağ”dan Abdullah Zubirlə bağlı qərar – VİDEO

“Qarabağ”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi rəsmi feysbuk səhifəsi vasitəsilə yarımmüdafiəçi Abdullah Zubirlə yeni müqavilə imzalandığını bəyan edib.

Fransalı hücumameyilli oyunçu mövsümün sonuna qədər olan sözləşmə müddətini daha 3 il uzadıb. Bu isə o deməkdir ki, 30 yaşlı Zubir 2024-cü ilin yayına qədər “Qarabağ”a məxsus olacaq.