15:06 02-02-2021
news_image

Veteran güləşçimiz 50 yaşında vəfat edib

Fevralın 1-də veteran güləşçi Rövşən Əkbəri vəfat edib.

Apasport.az saytının məlumatına görə, o, 50 yaşında dünyasını dəyişib. 

17 sentyabr 1971-ci ildə anadan olan R.Əkbəri 1982-ci ildən sərbəst güləş üzrə məşqlərə başlayıb. 1984-89-cu illərdə Respublika Olimpiya İdman Liseyində (ROİL) orta təhsilini davam etdirib. 1989-93-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb.

Aktiv idmanla məşğul olduğu müddət ərzində dəfələrlə yeniyetmələr, gənclər, eləcə də böyüklər arasında mütləq çəkidə Azərbaycan çempionu, “Məhsul” KKİC-in Mərkəzi Şurasının qalibi olub. 1991-ci ildə isə SSRİ xalqlarının sonuncu Spartakiadasının gümüş medalını qazanıb. 

İdmançı karyerasını bitirdikdən sonra da idman sahəsində fəaliyyətini davam etdirib. Uzun müddət Şamaxı rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində və məşqçi kimi çalışıb.

Allah rəhmət eləsin!