15:09 02-02-2021
news_image
451
FUTBOL

Çempionlar Liqasından asılıdır – Zidanın taleyi

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın taleyi Çempionlar Liqasından asılıdır.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ölkə kuboku və Superkubokdakı uğursuzluqdan sonra La Liqada da liderdən 10 xal geri qalan Madrid təmsilçisinin titul qazanmaq üçün son şansı qitənin ən nüfuzlu klub turniri ilə bağlıdır.

Fransalı mütəxəssis istefaya göndərilməmək üçün mövsümü titulla bitirməlidir. Bu üzdən də Zidan komandası ilə birlikdə Çempionlar Liqasında uğur qazanmağa məhkumdur.

Qeyd edək ki, “Real” 1/8 finalda “Atalanta” ilə qarşılaşacaq.