15:35 02-02-2021
news_image
692
TOKİO-2020

Tokio-2020: Püşk atıldı

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının basketbol turnirinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, kişilər və qadınların yarışında iştirak edəcək 12 komanda 3 qrupa bölünüb.

Qadınların mübarizəsində bütün yığmalar dəqiqləşib. Kişilərdə isə 4 komanda təsnifat turnirindən gələcək.

Qeyd edək ki, Olimpiya Oyunlarının basketbol turniri iyulun 25-dən avqustun 7-dək keçiriləcək.

Kişilər
A qrupu: İran, Fransa, ABŞ, turnirin qalibi (Viktoriya, Kanada)
B qrupu: Avstraliya, turnirin qalibi (Split, Xorvatiya), turnirin qalibi (Belqrad, Serbiya), Nigeriya
C qrupu: Argentina, Yaponiya, İspaniya, turnirin qalibi (Kaunas, Litva)

Qadınlar
A qrupu:
Cənubi Koreya, Serbiya, Kanada, İspaniya
B qrupu: Nigeriya, Yaponiya, Fransa, ABŞ
C qrupu: Avstraliya, Puerto-Riko, Çin, Belçika

Qeyd edək ki, qardaş Türkiyə millisi Viktoriyadakı turnirdə yeganə vəsiqə üçün mübarizə aparacaq. “Ay-ulduzlular” B qrupunda Uruqvay və Çexiya ilə yarımfinala vəsiqə üçün yarışacaq. Digər qrupda Yunanıstan, Çin və Kanada çıxış edəcək.