16:45 02-02-2021
news_image
128
FUTBOL

Transferə qarşı çıxdı, istefa verdi – “Marsel”in baş məşqçisi

Fransanın “Marsel” klubunun baş məşqçisi Andre Villaş-Boaş istefa verib.

Apasport.az saytının məlumatına görə, buna yeni futbolçu transferi səbəb olub.

Marselin eyniadlı təmsilçisi Olivye Ntşamı heyətinə qatıb. Baş məşqçi yarımmüdafiəçinin transferinin əleyhinə olduğundan istefa verməyi lazım bilib.

Mütəxəssis rəhbərlikdən komandadan ayrılmaq istədiyini bəyan edib: “Mən sadəcə “Marsel”dən ayrılmaq istəyirəm. Rəhbərlikdən başqa heç nə istəmirəm. Amma hələ cavab almamışam”.